İtkin düşən Təranənin ailəsinin DRAMI: “Acıq, dərman yoxdur, ölmək istəyirik…”
- Bu qız xəstədir, qorxumdan evdən bayıra qoymuram. O biri xəstə qızım sahədə işləyir. Günü 2 manata, 3 manata. Onu da düz-əməlli vermirlər. Hərdən, o da olanda. Bir gün onun da başına nəsə gələcək, itəcək. O biri qız da elə. Elmira öldü getdi, mən ölə bilmirəm. Amma elə ölmək istəyirəm...