Reklam

Reklam

Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabr 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mercedes” markalı avtomobilinə müştəri kimi əyləşərək D.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər. Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim ediliblər.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun maşınını əlindən aldıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin edilib.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2194
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."