Reklam

Reklam

Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribata yol verilməsinə dair çoxsaylı faktların şahidiyik. Bu çərçivədə Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması və s. hallarla dəfələrlə qarşılaşmışıq.

Bu günlərdə isə daha bir təxribat gözdən qaçmayıb.

Yenicag.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən əksər taksi xidmətlərinin naviqasiya sistemində paytaxt küçələrindən biri “Artsax” kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun “Ulduz” stansiyasının yaxınlığıdır.

Görəsən, bu hal necə baş verib? Sözsüz ki, məsələni aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac var. Bu səbəbdən “Total İT” şirkətinin rəhbəri Ruslan Haqverdiyevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən İT mütəxəssisi məsələyə belə aydınlıq gətirdi:

“Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır. Amma qonşu ölkə bizim xəritəni hazırlamır. Azərbaycanda 5-6 xəritə hazırlayan şirkət var. Bu gün Bakının xəritəsini hazırlayan onlarla şirkət var ki, bunlar beynəlxalq və lokallardır. Lokal şirkətlərin xəritəsində qeyd etdiyiniz problem ola bilməz. Bunların böyük bir hissəsi gah “Caspian Navtel”in xəritəsinə gedib çıxır, gah da başqasının. Sadəcə, taksi xidməti göstərən şirkətlər ucuz xəritələrə qaçırlar. Bunlar beynəlxalq “Google”, “Yandex”in xəritələridir. Bu tip xəritələr də əhaliyə açıqdır. İnsanlar həmin xəritələrə daxil olub, məlumat yerləşdirə bilirlər. Qarşı tərəf onun düzlüyünə inanarsa, bunu qəbul edir. Məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır. Ola bilər ki, Rusiyada yaşayan hansısa erməni daima nöqtələri düzgün təyin edir və bir dəfə də fürsətdən yararlanır. Onsuz da bu kimi hallara dəfələrlə rast gəlmişik. Məsələ burasındadır ki, lokal xəritələr çox bahadır. Sistemin qiyməti isə yüzminlərlə ölçülür”.

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2591
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."