Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Taliban” Pəncşiri ələ keçirdi - Kabildə atəşfəşanlıqla qeyd edildi - YENİLƏNDİ

Pəncşir vilayəti “Taliban”ın nəzarətinə keçdi.

Bu barədə “Taliban” nümayəndəsi Bilal Kərimi deyib.

Kabil polisinin qərargah-mənzilinin yaydığı məlumatda deyilir ki, Pəncşirdəki müqavimət hərəkatının bütün əsgərləri taliblər tərəfindən yaxalanıb, lideri Əhməd Məsud və vitse-prezident Əmrullah Salehi isə qaçıb.

Pəncşirin ələ keçirilməsi Kabildə atəşfəşanlıqla qeyd edilib.

***

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” Pəncşir əyalətinin ən böyük bölgəsi Paryanı nəzarət altına alıb.

Yenicag.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün “Twitter” səhifəsində məlumat verib.

“Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə mücahidlərin əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir”, – Kərimi yazıb.

“Taliban” nümayəndəsi əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb: “Düşmənin əhval-ruhiyyəsi aşağıdır, əməliyyatlar sürətlə gedir”.

“Yeni Şəfəq” qəzeti isə “Taliban” hərəkatının Pəncşir əyalətini ələ keçirdiyini və bununla da bütün Əfqanıstan üzərində hakimiyyətini təmin etdiyini bildirib.

www.yenicag.az

186
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100