!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış alim Araz Əlizadənin cavabını verdi – “Get xırda intriqalarınla məşğul ol”

!Reklam – Yazi

скачанные файлыMillət vəkili Araz Əlizadə türkləri və tarixçiləri tənqid edib

Araz Əlizadə bildirib ki, türklər monqollardan törəmədirlər və özlərini tarixçi hesab edənlər monqolların, qazaxların, türkmənlərin, özbəklərin sifətinə və sonra da öz sifətlərinə baxsınlar, əgər monqollara oxşarlıqları varsa, özlərini monqol hesab etsinlər. 1990-cı illərdə bizim türk kökənli olmağımızı bisavad xalq cəbhəçiləri ortaya atıblar və bunu da gənclərin beyninə yeridiblər.
Araz Əlizadənin fikrinə tanınmış tədqiqatçı Adıgözəl Məmmədov cavab verib.
Onu da qeyd etmək itəyirik ki, Adıgözəl Məmmədov oxucuların çox çiddi marağına səbəb olmuş :«Avtoritar rejimlər və psixoloji portretlər», « Kreml rəhbərlərinin psixoloji portretleri »,« Osmanlının çöküşüne Rusiyadan baxış »,« Diktatorla söhbət »,« M.C.Bağırov -tam məxfi »« Baş tutmamış çevriliş »və sarə kitablarının müəllifidir.Müəllifin əsərləri ABŞ-ın , Avropanın, Avstraliyanın,Rusiyanın və İsrailin çoxsaylı universitetlərinin katoloqlarına salınmışdır.Müəllifin bütün külliyatı ABŞ -ın dövlət konqress və ağ evin kitabxanasının katoloqına daxil edilmişdir.

Antropoloji materiallar tarixlə əlaqədar bir çox sualların, xüsusilədə, millətlərin və onları təmsil edən rəhbərlərin etnogenetikası ilə bağlı məsələlərin həllində vacib rol oynayır. Bundan başqa, etnoqrafik və arxeoloji materiallarda, həmişə antropoloji fərqlilik göstərən qrupların keçmişində və yaxud bu günündə milli kalorit fərqliliyi də aşkarlanır. Beləliklə, antropoliji materialların tədqiqi tarixdə liderlərin milli xüsusiyyətlərini başa düşməyə kömək edə bilər. Bu cür xüsusiyyətləri anlamaq üçün antropologiyanın əhəmiyyəti böyükdür, çünki hər bir liderin gen tarixi onun antropoloji əlamətlərində nəzərə çarpır.

Antropoloji materialların tarixi mənbə kimi istifadəsinə bəzi misallar gətirək.
Madaqasqar əhalisi dil və mədəniyyətinə görə Afrika xalqlarından kəskin surətdə fərqlənir, lakin onların dili İndoneziya xalqlarının, xüsusilə də Sumatra adasında yaşayan battakların dili və mədəniyyətinə oxşardır. Yerli əhalinin antropoloji tipi də şübhəsiz bunalrın Malay arxipellaqı adasından köçməsi barədə xəbər verir. Bu misal, artıq etnoqrafiya və dilçilik sahələrinin sübut etdiyi bir hadisənin antropologiya məlumatları tərəfindən təsdiqi barədir. Madaqasqardakı bəzi bölgələrdəki neqroid tipli əhali, həm də İndoneziya dillərində də danışır və yalnız onlar haqqında olan antropologiya məlumatları onların soy köklərinin Afrika materikində axtarılmalı olduğunu düşünməyə imkan verir.

Türk köçəri tayfalarının Cənubi Ukrayna ərazisində görünmələri fiziki tipdə açiq-aşkar dəyişiklərin əmələ gəlməsi ilə müşayət olunmuşdur ki, bunu XV əsrə aid edilən Xerson yaxınlığında Tyaqinkada Tatar məzarlığında tapılmış qalıqlar da sübut edir.
Ananian mədəniyyətinə aid edilən Luqovski məzarlığında aparılmış tədqiqatlar ana¬nianlarda monqoloid xüsusiyyətlərin mövcudluğunu göstərdi, bu isə həmin mədəniyyətə malik əhalinin Uralyanı (Trofimova) meşəlik bölgəsi ilə əlaqələri barədə xəbər verir. Bu vəziyyət öz sübutunu arxeloji materiallarda tapdı.

Digər tərəfdən, antropoloji analiz bəzi hallarda kütləvi köçlər barədə olan fərziyyə və ehtimalları inkar edir. Beləliklə, monqoloid xüsusiyyətlərin türkdilli azərbaycanlılarda tamamilə olmaması Türk dilinin Zaqafqaziyada bu bölgəyə monqoloid irqli insanların böyük qruplarla köçü ilə bağlı meydana çıxması barədəki ehtimallardan əl çəkməyə vadar edir.
Bu gün mövcud olan bəşəriyyət, özlüyündə bioloji nöqteyi nəzərdən irq adlanan silsilə qruplara bölünmüş Homo sapiens L.-, növünə məxsusdurlar. Beləliklə də, irqlər Homo sapiens növünün tərkibinə daxil olan qisimlərdir.
“Raso”- irq termininin mənası müxtəlif cür izah olunur: ərəbcə ras, “baş” sözündən olub “başlanğıc”, “mənsə” kimi götürülür, italyancadan razza-rasa tayfa kimi mənalandırılır. La “race” sözü demək olar ki, bu gün istifadə olunduğu mənaya yaxındır, biz onu Fransua Bernyedə, 1684-cü ildə nəşr olunmuş, insan irqləri barədə ilk kitablardan birinin müəllifində tapırıq. Almanlar bu sözü fransızlardan mənimsədilər, hətta uzun müddət fransız transkripsiyası olan race şəklində saxladılar və yalnız XIX əsrin ikinci yarısında onu alman dilinə uyğunlaşdırılmış Rassezi ilə əvəz etdilər.

İrqlər bir-birindən fiziki əlamətlərinə görə fərqlənirlər- göz, saç, dəri rənginə görə, saçların forması ilə, sifət cizgiləri ilə, kəllə quruluşu ilə və s. Əlbəttə bu əlamətlər insanın həyat fəaliyyəti üçün elə də böyük əhəmiyyətə malik deyillər. Yalnız bu bizə bölgədə əsas əhali kütləsindən kəskin fərqlənən tipin mövcudluğu ya əsas əhalinin yadaki, azlıq təşkil edən əhalinin əcdad-larının həmin bölgəyə köçü barədə əminliklə danışmağa imkan verir. Millət və irq kimi tamamilə fərqli anlayışları ciddi şəkildə ayıra bilmək vacibdir.

İnsanları millət daxilində birləşdirən onların dilləri, bölgələri, iqtisadi həyatları, psixoloji quruluşlarıdır. Millətdən fərqli olaraq irq, müəyyən bir arealla bağlı olan insanların mənşə eyniliyində, fiziki tiplərinin eyniliyində kütlələşməsidir. Məsələn, “fransiz irqi”, “alman irqi”, “yapon irqi”, “ingilis irqi”, “italyan irqi” kimi ifadələr yanlışdır.
Bunu növbəti misallarla təsdiq etmək mümkündür. Beləliklə, şimali italiyalılar Cənubi İtalya əhalisinə nisbətdə hündür boylu, daha çox başı qısa (braxikefal) və daha az qarasaçlı və qaragözlüdürlər.

Müəyyən edlimişdir ki, antropoloji baxımdan Fransanın əhalisi müxtəlif tərkiblidirlər, şimali fransızlar daha hündürboylu, açıqsaçlı və aydıngözlüdürlər, Ofermiyalı fransızların isə baş göstəriciləri Perıqorlu və Provanslı həmyerlilərinə nisbətdə daha iridir.
İngiltərənin şərq qraflıqlarının əhalisi Uels əhalisinə nis¬bətdə daha işıqlı piqmentlərə sahibdirlər və daha ucaboydurlar.
Polyak antropoloqlarının dəqiq və sistemli tədqiqatları sayəsində Polşa Avropa ölkələri içərisində antropoloji cəhətdən ən yaxşı tədqiq olunmuş ölkə sayıla bilər. Aşkar olunmuşdur ki, Polşanın qərb regionlarının əhalisi şərqdəkilərlə nisbətdə daha hündürboylu və ala gözlüdürlər, saçları daha açıq rənglidir və leptori buruna malikdir. Polşada boy 163-168 sm. arası dəyişir, gözlərin rənginin açıqlığı 32-63, burun göstəricisi isə 64-68 arasında dəyişir. (Yan Midlyarskiy. 1952).
İrq və dil arasında vacib əhəmiyyət daşıyan daxili əlaqənin olmaması bütün aydınlığı ilə bir çox hallarda özünü göstərir.

İstənilən irqin nümayəndəsi hansı ölkədə ömrünün ilk çağlarından yaşayıb böyüyürsə, doğma dili həmin ölkənin dili olacaqdır.

Bir tətəfdən dil, digər tərəfdən irq uyğunsuzluqlarının müşahidə edildiyi çoxlu misallar gətirmək mümkündür. Məsələn, türkdilli xalqlar içərisində biz azərbaycanlıların cənubi avropoid irqinə mənsub olduqlarını, yakutların isə əksinə, monqoloid irqi təmsil etdiyini, çuvaşlarda isə ural tipinin cizgilərini görə bilərik.

Misal üçün, tarixdə soyadları türk mənşəli olan bir çox məhşur Rus knyazlari, zadəganları vardır. Bu slavyan-türk etnoslarının nə dərəcədə sıx qarışdığını bizə deyir.
Əgər, nəzərə alsaq ki, Qafqazın, İranın, Kıçık və Orta Asiyanın, Rusiyanın böyük vilayətlərinin iri əhali kütlələri türkdilli xalqlardırlar, onda Slavyan və türk xalqlarının qarşılıqlı əlaqəsinin tədqiqinin aktual əhəmiyyəti atır. Sovet ittifaqının süqutundan sonra bu ərazidə beş müstəqil türkdilli dövlət yarandı (Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, və Azərbaycan). Türk xalqları da digər millətlər kimi qloballaşmadan qaça bilməzlər. Bu ərazilərin siyasi və mədəni inkişafa, demokratiya proseslərinə təsiri barədə biz yalnış ümumi fikirlər deyə bilərik. Biz bu təsirləri bütün ayrıntılarda izləyə bilmərik, lakin burada da, heç şübhəsiz, ərazi xüsusiyyətləri də bura daxil olmaqla orada yaşayan xalqın və onun tarixinin arasında bir bağlılıq vardır. Buna görə də Avropalı tarixçilər min ilin üçdən biri qədər bütün avropa dünyasını əlində saxlamış döyüşkən türk xalqla-rının gəldiyi şərqə nəzər salmaya bilməzlər. Qədim dövrlərdən bəri türklərin köçəri tayfaları dözümlü dövlət quruluşları yaradaraq nəinki öz qonşuları ilə-çinlilərlə tez-tez baş verən döyüşlərdə güclərini sınayırdılar, eləcə də müəyyən dünyagörüşləri və özünəməxsus yazıları formalaşmışdı.

Tam qətiyyətlə söyləmək olar ki, Baykal və Qara dəniz arası böyük ərazi slavyan və türk millətlərinin həyat səhnələri olub və eləcə də qalmaqdadır. Uzun müddət ərzində bu xalqların beşiyi olan regionda hər bir fərddə, döyüşkənlik və elə dünyəvi xüsusiyyətlər formalaşmışdır ki, indinin özündə türk və slavyan xalqlarının dəfələrlə ari, sami və digər millətlərilə qarışmalarına baxmayaraq, bu xüsusiyyətlər hələ də onlarda qalmaqdadır.

Türklərin böyük əksəriyyəti islamı qəbul edib. Hələ islamın qəbulunadək onlar artıq çinlilərdən gerb halında hilal simvolunu qəbul etmişdilər. Bu müddət ərzində onlar səma kultuna və buddizmə etiqad etməkdəidilər. İsanın doğulmasından təqribən 50 il qabaq Türk tayfalarının Çindəki dövləti ( Türk tayfalarında Hunğ Nu) iki yerə, şimala və cənuba bölündü. Onun cənub hissəsindəki əhalini çinlilər assimilə etdilər, onların şimaldakı dövlətləri isə sibirli Tunqus tayfasının sürəkli axınları nəticəsində çökdü. Artıq eramızın 84-cü ilində hunların bir qismi Aral dənizinin qərbindəki çöllərə üz tutub, Çi-Cinin başçılığı altında Tyanşan ətəklərində yerləşən Vu-Sen (Usun) dövlətini işğal etdilər. Burada onu da qeyd etmək lazımdır ki, yeni türk tayfaları tutduqları ərazilərə öz mədəniyyət və dinlərini, buddizmi gətirirdilər. Bu türk tayfalarının xüsusiyyətləri və adətləri haqda bizə məlum olan hər şey altay-monqol tayfalarının cizgiləri ilə üst-üstə düşür. Eyni şeyi onların fiziki əlamətləri haqqında da demək olar. Onlar, böyük yumru kəllə və batıq, xırda gözləri ilə seçilirdilər.
Məhz bu ərəfələrdə Qafqaz millətləri Buddizm etiqadı ilə Kuşan imperiyasının sayəsində tanış olurlar. Fərqli türk rəhbərlərinin qərb mədəniyyətinə yönəlməsinə baxmayaraq, indiyədək buddizmin təsirləri bu xalqlar üzərində görünməkdədir. Bu müqəddəs məkanlara münasibətdə və etiqadda hələdə özünü göstərməkdədir. Türklər bu günəcən mövcud olan əsas dünyəvi dinləri özlərində cəmləmişlər. Baxmayaraq ki, onların böyük qismi islama etiqad edir, bəziləri hələ də digər dinlərə etiqad etməkdədirlər. Məsələn, cuvaşlar, qaqauzlar, xiristian, tuvinlər-buddist, karaimlər-iudist və s.

Qafqazı və Azərbaycan respubilkasını təşkil edən Şimali Azərbaycan əhalisinin böyük əksəriyyəti islama etiqad edir. Əgər biz bir anlıq bu xalqların etnogenizinə nəzər salsaq onda Azərbaycanda və Şimali Qafqazda yaşayıb müxtəlif dinlərə etiqad edən bu xalqların yaranmasında iştirak etmiş saysız millətlər və tayfalarla qarşılaşmış olarıq. Biz onlardan totemizmə inanan kütiləri, xristian albanları, iudaizm dinində olan xəzəriləri və atəşpərəst midıyalıları qeyd edə bilərik. Bütün bunlar bir daha sübut edir ki, hər bir millətin formalaşmasında cox saylı tayfalar iştirak etmişdir və bu tayfalarında dərin mənəvi-əxlaqi ənənələri mövcud olmuşdur.

Əgər Azərbaycanın tarixinə kutilərin dövründən başlayaraq nəzər yetirsək, bizə aydın olar ki, onlar son dərəcə yüksək mədəniyyətə sahib olduqlarını görərik.Onlar Volqanın sol sahillərindən başlayaraq Urala, mərkəzi Asiyaya, Sibirə, düz Yakutiyayacan bir çox yeni torpaqlarda məskunlaşmışlardı. Aşağıda adı çəkilən toponimlər kutilərin qitədə hərəkət istiqamətlərini, öz adlarında “küt” adını daşıyaraq, nişan verirlər. Məsələn, 1. Surqut, 2.Qırmızı-kut-Saratov vilayətiində şəhər, 3.Krasnokutst-Qazaxıs-tanın Pavlodar rayonunda şəhər, 4.Urqut-Özbəkistanın Səmərqənd vila-yətində şəhər, 5.İrkutsk-Sibirdə şəhər, 6.Urkut-çay, 7.Ustkut-İrkutsk vilayətində şəhər, 8.Kutuluk-Buryat muxtariyyətində şəhər, 9. Yakutsk-əvvəlki Yakutiya, indiki Saxanın paytaxtı, 10. Surkut-Xantı-Mansı muxtar vilayətində şəhər. Bu tayfalar totemizmə etiqad edərkən yerli əhali içərisində simbioz yaşamaq nümunəsi göstərirdilər. Bu xalqların öz mənbələrini kutilərdən götürdüklərini nəzərə alsaq onda onların düşüncə tərzlərinin müəyyən bir formasının da irsən kutilərdən aldıqları məlum olar. Bütün bu faktlar dilin hansısa səbəbdən irqdən asılı olmamasına dəlalət edir ancaq bununla belə tez-tez qarşıya çıxan hansısa irq və dil qrupları arasındakı tarixi əlaqələrin yaranmasını qətiyyən inkar etmir.Əgər, məsələn, buryatlar antropoloji tipləri, mədəniyyətləri və dilləri ilə ruslardan fərqlənirlərsə, bu heç də onların dilinin monqoloid irqinə aid olması demək deyil. Bu tarixi əlaqələrin müxtəlif formalarının tədqiqi, ümumiləşdirmələr sırasının qurulmasına imkan yaradır:

1.Dil və mədəniyyət antropoloji tiplərin yerdəyişməsindən ayrılıqda da yayıla bilər, lakin antropoloji tiplər özləri ilə müəyyən dil və mədəniyyət daşımadan yayılmırlar.
2. Antropoloji məlumatlar xalqın hansı etnik təbəqələrdən ibarət olduğunun müəyyənləşdirilməsində vacib rol oynamağa qadirdirlər.
3. Kütlənin, demək olar ki, eyni antropoloji tərkibə aid olub fərqli dillərdə danışan qruplara ayrılması halları vardır və çox yayğındır.
4. Etnogenezin analizində tarixi-etnoqrafik ərazilər üzrə sinifləndirmə, təsərrüfat mədəniyyəti üzrə sinifləndirmələrə nisbətdə daha artıq əhəmiyyət daşıyır.
6. Antropoloji tiplərin sərhəddi təsərrüfüt mədəniyyəti və ya dil qruplarının yayılma sərhədləri ilə müqayisədə tarixi- etnoqrafik ərazilərin sərhədləri ilə daha çox üst-üstə düşür.

Bunları ona görə yazdım ki, Araz Əlizadə yaxşı olar ki, öz xırda intiriqaları ilə məşğul olsun !

 

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv