!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB sədrinin KURYOZ İSTEFASI: "Raminin yerinə başqa "qaraoğlan" gələcək, heç nə dəyişməyəcək..." - Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Tabeçilikləri dəyişmək anormallıqdır, bu, klassik xəstəlik əlamətidir”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefası və ümumilikdə ölkənin səhiyyə sistemindəki parçalanmanı dəyərlənirərkən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, səhiyyədə vahid idarəetmə strukturu qurulmadıqca səlahiyyətli şəxslərin dəyişməsi heç bir problemi həll etməyəcək:

“Heç nə dəyişməyəcək. Korrupsiya adı ilə 10 icra başçısını tutsalar da, bir neçə nazir birdən vicdana gəlib istefa versə də, bununla heç nə dəyişən deyil. Sistemin özü dəyişməli, yenilənməlidir. Sistemdə idarəetmənin fəlsəfəsi yenidən qurulmalıdır. Bu fəlsəfə millətin boynuna, dövlətin tərəqqisinə ölçülməlidir. Bunlar prinsipcə qəbul edilmədikcə, parlament bunun dayağı olmadıqca heç bir xeyri yoxdur. Raminin yerinə başqa “qaraoğlan” gələcək, o “qaraoğlan” da sistem içərisində başqa tənələrə tuş gələcək.

Səhiyyə işi ilə bir qurum məşğul olmalıdır. Tabeçilikləri dəyişmək anormallıqdır, bu, klassik xəstəlik əlamətidir. Bunun heç bir fundamental əsası yoxdur. Biri Məmmədin adamıdır, birinin “krışası” filankəsdir – bunlarla dövlətçiliyi dağıda bilərik. O qədər ülvi, o qədər saf mexanizm qurulmalıdır ki, insanlar xəstəxanalara gedəndə ruhani sağlıq qazana bilsinlər. Təəssüflər olsun ki, Azərbaycanda səhiyyə sisteminin imici elə deyil. Birmənalı şəkildə, TƏBİB ləğv olunmalıdır.

Uzağa getməyək, Türkiyədə, Gürcüstanda vahid mərkəz prinsipi işləyir. Bu prinsiplə iyerarxik quruluş doğru qurulub. Hər kəs də bilir ki, icbari dövlət sığortasının həyata keçirilməsilə məşğul olan ləyaqətli qurumdur. Yoxsa ölkəmizdə biri pul yığmaqla, o biri digərinə top atmaqla məşğuldur. Buna görə də dövlət idarəetmə sistemində ciddi struktur islahatlarına ehtiyac var. Siyasi və struktur islahatları bir mexanizmdir. Bu mexanizm qurulduqdan sonra biz artıq yeni təyinatdan ümidlənə bilərik”.

Aqil Bəkir

www.yenicag.az

1155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv