Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyi: İndiyə qədər 50 məktəb atəşə tutulub

Təhsil Nazirliyi 27 sentyabr-2 noyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

Ümumilikdə dağıtılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.

www.yenicag.az

225