!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telman İsmayılovun qardaşına hökm oxundu 

!Reklam – Yazi

Moskva regional məhkəməsi azərbaycanlı biznesmen, “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Rafiq İsmayılovu ciddi rejimdə 17 il azadlıqdan məhrum edib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rafiq İsmayılova qarşı hökm bu gün oxunub. O, qətldə və qanunsuz silah gəzdirməkdə təqsirli bilinib. Bundan başqa, R.İsmayılov 4 milyon rubldan çox cərimələnib.

İstintaq versiyasına görə, Rafiq İsmayılov 2016-cı ildə iki nəfərin – Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkinlə “Lyublino motors”un təsisçisi Yuri Brilevin qətlinin əsas iştirakçılarından olub. Qətlin birbaşa icraçısı Mehman Kərimov olsa da, ona silahı Rafiq İsmayılov verib. Kərimov İsmayılovdan fərqli olaraq, 13 il həbsə məhkum edilib.

Qeyd edək ki, bu cinayətdə Telman İsmayılovla digər qardaşı Vaqif İsmayılov da təqsirləndirilən şəxs qismindədirlər. Qardaşlar beynəlxalq axtarışdadır. Məlumata görə, T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv