!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Ermənistanın Gəncəyə hücumu ilə bağlı dünya ictimaiyyətinə səsləndi

!Reklam – Yazi

Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının Ermənistanın Gəncə şəhərini roket atəşinə tutması haqqında bəyanat yayıb.

Yenicag.az həmin bəyanatı təqdim edir:

“Təcavüzkar Ermənistan işğal altında saxladığı Azərbaycan ərazisindən çəkilmək əvəzinə Dağlıq Qarabağdan çox uzaq bir məkanda yeni bir münaqişə bölgəsi yaratmaq istəyir. Ermənistanın hərbi-siyasi rəhbərliyi savaş meydanındakı ağır məğlubiyyətini mülki şəxslərin yaşadığı ərazilərə, həmçinin bölgə üçün əhəmiyyətli olan enerji infrastrukturlarına hücum etməklə ört-basdır etmək istəyir. Elə buna görədir ki, Ermənistan silahlı qüvvələri hədəf kimi Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini seçib. Ermənistanın kriminal rəhbərliyi bu addımı ilə döyüş meydanında hər gün yeni-yeni uğurlara imza atan, illərdən bəridir, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edən ordumuzun uğurlarına da kölgə salmaq istəyir.

Öz məkrli niyyətindən əl çəkmək istəməyən Ermənistan bu gecə yenə mülki şəxslərin kompakt yaşadığı ərazini roket atəşinə tutub. Ermənistanın mülki şəxsləri hədəf alan bu təxribat xarakterli və insanlıqdan kənar addımı nəticəsində 13 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.

30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın öz havadarlarına arxalanaraq yenidən işğal siyasətini həyata keçirmə cəhdi bu illər ərzində beynəlxalq təşkilatlar, mötəbər qurumlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrin bu terrorist dövlət tərəfindən tanınmadığını bütün dünyaya göstərmiş oldu.

Azərbaycan-Türkiyə Evi olaraq Ermənistanın mülki şəxslərə yönəlik həyata keçirdiyi bu terror aktını pisləyir, bütün beynəlxalq təşkilatları Ermənistanın insanlığa sığmayan təcavüzkar və barbar siyasətini qınamağa çağırır, bu faşist dövlətə qarşı təcili surətdə tədbir görülməyini tələb edirik.

#QarabağAzərbaycandır!!!”

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv