Tənzilə Rüstəmxanlı Türkiyədə ödül aldı

media-hightechnic-468x90

10255495_1500913966857095_5077817884073926716_nAzəri-Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlının Türkiyə səfəri davam edir. Qardaş ölkədə Turan Yazgan Vəqfinin “Turan hocanı anma” tədbirlərinə qatılan Tənzilə xanıma Kayseridə sürpriz mükafat təqdim edilib. Belə ki, 24 noyabr Müəllimlər günü münasibəti ilə Kayseri “Tuana” hotelinin akt zalında keçirilən konfransda Tənzilə Rüstəmxanlıya “Türk millətinin hoca annesi” mükafatı təqdim edilib.

 

Mükafat Kayseri Mütəxəssis Karyerası və Təhsil Qurumunun İdarə Heyətinin başqanı Mehmet Muhtar tərəfindən təqdim olunub. Mükafatın təqdimetmə mərasimində müəllimləri peşə bayramı münasibətilə təbrik edən T.Rüstmxanlı “Unudulmamalı olan insanlardan biri də müəllimlərdir. Onlar bizim mənəvi dünyamızı istiqamətləndirən insanlardır. Bu günü türk müəllimlərinə hədiyyə edən baş müəllim Mustafa Kamal Atatürkü hörmətlə anırıq. “Türk millətinin hoca annesi” olmaq başqa bir şərəfdir. Bu şərəfi mənə verən Mehmet Muhtara təşəkkür edir, şərəfli türk müəllimlərini təbrik edir, çətin yolda uğurlar arzulayıram”-söyləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600