!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı: “Yalnız Qarabağ işğaldan tam azad olunandan sonra rahat nəfəs aldım” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Bütövləşmiş dövlətimizin onurlu, qürurlu bayrağı altında tarixi günləri qeyd edirik”.

Bu fikirləri başa çatmaqda olan 2023-cü ildə cərəyan edən mühüm hadisələri dəyərləndirən Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türkiyə Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a videomüsahibəsində deyib.

“Allah bizə bütöv Azərbaycan vətəndaşı olaraq bir-birimizi təbrik etmək səadətini yaşatdı”

O, geridə qoymağa hazırlaşdığımız 2023-cü ildə taleyuklü məsələlərə həsr olunan işlərdən, Azərbaycanda, qardaş Türkiyə, eləcə də Avropa ölkələrində keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən, faydalı görüşlərdən danışıb.

İlin əvvəlində Türkiyədə baş verən, xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında qardaş ölkənin yanında olduqlarını vurğulayan Tənzilə Rüstəmxanlı faciə zamanı zərər çəkənlərin yaralarını birgə sarıdıqlarını kədər hissi ilə xatırlayıb. Eləcə də, Türkiyədə keçirilən prezident seçkiləri dövründə Azərbaycan məsələsinin hər zaman gündəmdə saxlanmasından söz açıb.

O, ilboyu təşkil olunan tədbirlər sırasında Azərbaycan-Türkiyə Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı səfirliyinin rəsmi tərəfdaşlığı ilə Madrid şəhərində baş tutan Qərbi Azərbaycana qayıdış beynəlxalq Avropa Forumunun xüsusi yer tutduğunu diqqətə çatdırıb.

ATEV sədri Avropanın mərkəzində tarixi haqqımızın tanıdılması məqsədilə keçirilən bu tədbirin beynəlxalq səviyyədə ölkəmizin təbliği və milli haqlarımızın qəbul etdirilməsinə ciddi təkan verdiyini bildirib. Rumıniyada keçirilən Balkan qadınları Qurultayı, Batman Universitetinin təşkilatçılığı ilə baş tutan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbirdən, eləcə də digər vacib elmi konfranslardan bəhs edib.

“Nə qədər ki qələbəmizi həzm edə bilməyənlər var, rahat nəfəs ala bilmərəm”

Tənzilə Rüstəmxanlı “bu qədər işlərin müqabilində yorulmursunuzmu” sualını belə cavablandırıb:

“Millətimi və vətənimi çox sevirəm. İnsan gərək işini sevsin. Təbii ki insanıq, biz də iş zamanı yoruluruq. Yalnız Qarabağ işğaldan tam azad olunandan sonra rahat nəfəs aldım. Lakin Azərbaycanın qazandığı qələbəni rahat həzm edə bilməyənlər var. Bu gün də üstümüzə gələnlər, haqlı davamızı bizə çox görənlər var. Buna görə də özümə deyirəm, rahat nəfəs almaq olmaz”.

“İlham Əliyev xəyallarımızı gerçək etdi”

O, Azərbaycanın Qarabağ zəfərindən, bu zəfəri millətə, xalqa yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-yenidənqurma işlərindən danışıb, Qarabağın cənnətməkana döndüyünü qürur hissi ilə vurğulayıb:

“Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə deyirdim, o gün gəlsin, Qarabağımız azad olunsun, bütöv Azərbaycan vətəndaşı olaraq bir-birimizi təbrik edək. Allah o günü bizə nəsib etdi. Qarabağ düşmən işğalından tamamilə azad olundu və Azərbaycan sərhədlərini bərpa etdik. Bütövləşmiş dövlətimizin onurlu, qürurlu bayrağı altında tarixi günləri qeyd edirik”.

“Prezidentimizin ayağı millətimizə düşərlidir”

2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən Tənzilə Rüstəmxanlı yeganə namizədinin İlham Əliyev olduğunu deyib:

“Yeni il də uğurla başlayır. Fevral ayında prezident seçkiləri gəlir. Azərbaycan xalqı kimi prezident seçəcəyini gözəl bilir. Prezidentimizin ayağı millətimizə düşərlidir. Bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur. Bu millət həmişə prezidentimizin yanında dayanıb və hər zaman onun arxasındadır. Seçkilər bizə uğur gətirəcək. Mənim yeganə namizədim İlham Əliyevdir. İnanıram ki, Azərbaycan xalqı sevə-sevə, toy-düyün edirmiş kimi seçkiyə qatılıb prezidentimizə səs verəcək”.

Müsahibəni tam olaraq buradan izləyə bilərsiniz:

Cəvahir
Samir

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv