!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlıya “Şöhrət” ordeni təqdim edilib - MƏRASİM / FOTOLAR 

!Reklam – Yazi

Bu gün Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri, “Azərittifaq” – Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin birinci müavini Tənzilə Rüstəmxanlıya Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi “Şöhrət” ordeni təqdim olunub.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Ağsaqqallar Şurası və “Azərittifaq”ın İdarə Heyətnin sədri, millət vəkili Eldar Quliyev tərəfindən təqdimat mərasimi təşkil edilib.

Mərasimdə ilk söz verilən millət vəkili Eldar Quliyev Tənzilə Rüstəmxanlını təbrik edərək, onun ictimai işlərlə yanaşı, “Azərittifaq”ın fəaliyyətində də daim xüsusi fəallıq göstərdiyini vurğulayıb:

“Tənzilə Rüstəmxanlının Azərbaycan və Türkiyə, o cümlədən, Türk xalqları arasında mədəni əlaqələrin inkişafında müstəsna xidmətlərinin olması danılmaz faktdır.

Dünyanın hər yerində Türk millətinin haqq və hüquqlarının tanınması üçün səy göstərən Tənzilə Rüstəmxanlı, xüsusilə, ermənilərin Azərbaycan xalqına və digər Türk xalqlarına qarşı həyata keçirdiyi soyqırımı siyasətini daim kəskin pisləyib, erməni xislətinin hər zaman ifşa olunmasına çalışıb.

Tənzilə Rüstəmxanlının çəkdiyi zəhmətin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsi olduqca müsbət haldır”.

Təqdimat mərasimində Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı və “Azərittifaq”ın rəhbər şəxsləri iştirak ediblər. Mərasimdə çıxış edən natiqlər Tənzilə Rüstəmxanlıya səmimi təbriklərini çatdıraraq, uğurlarının davamlı olmasını diləyiblər.

Mərasimin sonunda “Azərittifaq”ın İdarə Heyətinin qərarı ilə Tənzilə Rüstəmxanlıya Fəxri Fərman da təqdim edilib.

Gülşən Şərif
Cavid Qacarov

www.yenicag.az

1719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv