Təranə Qumralın canlı efir oturuşu - Turan Etibaroğlu yazır
Təranə Qumralın canlı efirdə oturuşu — özbaşınalığın zirvəsi və cəmiyyətdə “mənə heç kim söz deyə bilməz” düşüncəsinin açıq nümayişidir!
Canlı efir səhnəsi mədəniyyət məkanıdır, kimin şəxsi divanı yox!
Bu nə davranış, nə saymazyana, nə kobud özünü aparmaqdır?
“Burda mənəm, Bağdadda kor xəlifə” kimi efirə genişlənmək dəbdirmi?..
Sənətçi adı daşıyırsansa, sən əvvəlcə nümunə olmalısan!
Xalqın qarşısında bu oturuş — bütöv bir mədəniyyətə hörmətsizlikdir!
Və daha betəri — qızını da eyni formada gətirib, efirdə bu davranışı müdafiə etdirmək!
“Anamın qızıyam” deyib gülmək?
Yəni bizə demək istəyirsiniz:
“Biz nə istəyirik eləyərik, siz də baxıb susacaqsınız!” Qısası “Ağa Nəzərəm, belə gəzərəm”
Xeyr! SUSMAYACAĞIQ!
Bu xalqın sənət dünyasında şərəfli adlar olub:
Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Elmira Rəhimova, Fidan & Xuraman Qasımova, Səkinə İsmayılova…
Onlar səhnədə xanımlıq etalonu idilər.
Biz heç vaxt efirdə mədəniyyəti bu qədər aşağıladılmış görməmişdik!
Aparıcı qonaqdan qorxub söz deyə bilmir — efir qonaqların şıltaqlıq meydanına çevrilib!
Müvafiq qurumlar isə hələ də susur…
Soruşuram:
Televiziyalar nə vaxt mədəniyyətə, etikaya qayıdacaq?!
Azərbaycan qadını səviyyədir, incəlikdir, zövqdür!
Bu isə səviyyəsizliyin efirə çıxarılmış təbliğatıdır!
Efir — tərbiyə və nümunə yeridir.
Tərbiyə göstərmək çətindirsə, efirə çıxmayın!












