Keçmiş prokuror vəfat edib
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında prorektor vəzifəsində işləmiş hüquq elmləri üzrə fəlsəfə doktoru, polkovnik İlham Abbasov vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. İ.Abbasov ötən gün 77 yaşında dünyasını dəyişib.
Mərhum uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutub. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru olub. Daha sonra Baş Prokurorluğunun mərkəzi Aparatında işləyib.
2001-2017-ci illərdə Ədliyyə Nazirliyinin Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb. 2017-ci ildən təqaüddə idi.












