Terrorçu Fətullah Gülən ölüm ayağında: Məzar yeri hazırlandı

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd edən “Fətullahçı” terror təşkilatının (FETÖ) başçısı Fətullah Gülən ölüm ayağındadır.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı məlumat toplanmış kəşfiyyat materiallarında qeyd edilib.

Bildirilir ki, Fətullah Gülənin xəstəliyi daha da ağırlaşıb. Demans xəstəliyinə görə onun müstəqil şəkildə qərar verə bilmədiyi, terrorist qruplaşma üzvlərinin ondan tamamilə ümidlərini üzdükləri qeyd edilib.

ABŞ-nin Pensilvaniya ştatında lüks malikanədə yaşayan Gülən üçün məzar yerinin də hazırlandığı vurğulanır.

Malikanəyə 5 kilometr məsafədə yerləşən qəbiristanlığa “qürbət məzarlığı” adı verilib.