Tibbi turizmdə Azərbaycan və Almaniya markası: Dr. Vasif Məmmədov
Türkiyədə tibb və uzmanlıq təhsili almış Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə uzmanı Vasif Məmmədov Bakıda və Frankfurtda yerləşən beynəlxalq xəstələr üçün nəzərdə tutulmuş tibbi turizm xidmətləri ilə adından söz etdirməyə başlayıb.
Dr.Məmmədov tibb təhsilini Türkiyənin köklü təhsil ocaqlarından biri olan Osmanqazi Universitetinin Tibb Fakültəsində başa vurub. Məzun olduqdan sonra peşəkar karyerasını İzmir Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə şöbəsində davam etdirərək, 5 illik intensiv təhsil proqramını müvəffəqiyyətlə başa vuraraq Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Mütəxəssisi adını almışdır. Bu müddət ərzində o, bir çox estetik və rekonstruktiv əməliyyatları uğurla həyata keçirib. 2024-cü ildə Avropa Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Şurası tərəfindən verilən FEBOPRAS ünvanını daşımağa haqq qazanmışdır.
İxtisaslaşmasını başa vurduqdan sonra karyerasını İstanbul İstinye Universiteti Xəstəxanasında davam etdirərək müxtəlif estetik və plastik cərrahiyyə əməliyyatları həyata keçirmişdir.
Hazırda Bakıda və Frankfurtda fəaliyyət göstərən Dr.Məmmədov estetik, rekonstruktiv, üz-çənə və əl cərrahiyyəsi əməliyyatları həyata keçirir. Avropa Board Sertifikatlı plastik cərrah kimi o, həm Azərbaycanda, həm də Almaniyada beynəlxalq xəstələrinin diqqətini cəlb edir.
Xəstələrin Azərbaycana endiyi andan etibarən professional transfer və tərcümə komandası ilə müşayiət olunaraq qonaq edildiyindən bəhs edən Dr.Vasif Məmmədov, əməliyyatların tam təşəkküllü və müasir xəstəxanalarda peşəkar tibbi personalla birlikdə həyata keçirildiyini bildirdi.. Əməliyyatdan sonra 24 saat boyunca tibb bacısı dəstəyi ilə xəstələrin təmin edildiyini vurğuladı..
Əməliyyatdan sonra Bakıda qonaq olunduğu müddət boyunca xəstələrin sadəcə tibbi müalicəsini aparmadıqlarını eyni zamanda şəhərin turistik məkanlarına gəzintilər təşkil edildiyini də ifadə etdi.
Xüsusilə Türkiyə, Almaniya və Avropanın müxtəlif yerlərindən gələn xəstə qrupları ilə işlədiklərindən bəhs etdi.
Əlavə məlumat üçün Dr. Vasif Məmmədova instaqram
https://www.instagram.com/dr.vasifmammadov/
https://www.instagram.com/uzm.dr.vasif/
ve youtube hesabı ilə
https://www.youtube.com/@VasifMammadovMD
əlaqə saxlaya bilərsiniz.













