Oynaqların bir nömrəli DÜŞMƏNİ: Hansı qidaları qəbul edərkən diqqətli olmalıyıq?

media-hightechnic-468x90

“Bəzi qidaların uzun müddət və normadan artıq istehlakı diz oynaqlarının sağlamlığına mənfi təsir göstərə bilər”.

media-banner_tkm

Bunu sağlam qida təbliğatçısı Asim Vəliyev Yenicag.az-a açıqlamasında deyib.media-asim_veliyev2

Mütəxəssiz diz, çanaq xəstəliyi yaradan qida məhsullarından danışıb:

“Aparılan elmi araşdırmaların nəticəsi göstərir ki, qidalanma oynaq qığırdağının qorunmasında və zədələnməsində mühüm rol oynayır. Burada əsas məsələ hansı qidanı yediyimizdən çox, onu nə qədər qəbul etməyimizdir. Doymuş yağlar, trans yağlar, rafinə olunmuş şəkər və yüksək qlisemik indeksli qidaların həddindən artıq qəbulu orqanizmdə iltihabı artırır. Bu da zamanla diz oynaqlarında ağrı, sərtlik və qığırdağın aşınması riskini yüksəldə bilər.

Qırmızı ət, içalat və bəzi dəniz məhsullarının həddindən artıq istehlakı qanda sidik turşusunun artmasına səbəb ola bilər. Nəticədə bu maddə oynaqlarda toplanaraq podaqra kimi xəstəliklərin yaranma riskini artırır. Həmçinin yüksək temperaturda qızardılmış, kömürdə bişirilmiş və sənaye üsulu ilə emal olunmuş qidaların tez-tez istehlakı da oynaq toxumalarına mənfi təsir göstərə bilər”.

A. Nazimov məhsul alarkən etiketlərinə xüsusi diqqət yetirilməli olduğunu diqqətə çatdırıb:

“Qida alarkən qablaşdırmanın ön hissəsində yazılan fit, bio və ya təbii kimi ifadələrə aldanmaq düzgün deyil. Ən vacib məlumat məhsulun arxa etiketində yazılır. Tərkib hissəsində hidrogenləşdirilmiş yağlar, yüksək fruktozalı qarğıdalı siropu, müxtəlif adlarla göstərilən əlavə şəkərlərin olub-olmamasına diqqət yetirmək lazımdır.
Ən faydalı addım sağlam və balanslı qidalanmaqdır. İşlənmiş qidaları məhdudlaşdırmaq, normadan artıq yeməmək oynaqların uzun müddət sağlam qalmasına dəstək olur”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05