Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşdi

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq.

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.