“Topaz”dan oğurluq edildi – Saxlanılanlar var

Müxtəlif vaxtlarda Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakinləri yaşadıqları evdən və obyektlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib. Ağsu şəhər sakininə məxsus evdən ümumi dəyəri 1300 manata yaxın olan televizor, qaynaq aparatı və digər əşyalar, İ.Vəliyevə məxsus şəhər ərazisində yerləşən mağazadan müxtəlif enerji içkiləri, eləcə də digər müxtəlif çeşidli mallar və D.Ağaməmmədovun işlətdiyi “Topaz” mərc oyunları yerindən 150 manat dəyərində müxtəlif lotereyaların oğurlandığı müəyyən olunub.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törədən şəxslərin Ağsu rayon sakini 24 yaşlı Hüseyn Dadaşzadə və Kürdəmir rayon sakini, əvvəllər də məhkum olunmuş 25 yaşlı Samir Eyvazov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı etdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Ağsu RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

COP29