Tramp etirazlara cavab olaraq Los-Ancelesə Milli Qvardiya GÖNDƏRDİ

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp, Los-Ancelesdə qeyri-qanuni mühacirlərə dəstək məqsədilə keçirilən üç günlük etiraz aksiyalarına sərt reaksiya verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Prezident Tramp İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan şəxslərlə bağlı baş qaldıran etiraz aksiyalarına cavab olaraq şəhərə Milli Qvardiya qüvvələrinin göndərildiyini açıqlayıb.

Dövlət başçısı, əgər vəziyyət daha da gərginləşərsə, əlavə hərbi qüvvələrin də cəlb ediləcəyini bəyan edib. Tramp eyni zamanda baş verən hadisələrin məsuliyyətini Kaliforniya və Los-Anceles ştatlarının Demokrat Partiyadan olan rəhbərliyinin üzərinə ataraq, bu cür qanunsuz fəaliyyətlərə dözümlü yanaşmanın qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-də miqrasiya siyasəti ilə bağlı gərginlik artmaqda davam edir və bu məsələ siyasi debatların əsas mövzularından birinə çevrilib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600