Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Trampdan koronavirus peyvəndi ilə bağlı tapşırıq

ABŞ Prezidenti Donald Tramp Səhiyyə nazirliyindən koronavirus peyvəndinin hazırlanmasını sürətləndirməyi tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Bildirilib ki, Tramp müşavirələrdə peyvənd məsələsinə daha çox diqqət ayırır. O, vaksinin il sonunadək hazırlanmasını tələb edir.

 

Güman edilir ki, Tramp öz reytinqini artırmaq üçün noyabrın 3-nə planlaşdırılan prezident seçkilərinə qədər peyvəndi təqdim etmək istəyir.

Qeyd edək ki, ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Ölkədə 6,4 milyon insan koronavirusa yoluxub, 3,7 milyon nəfər sağalıb, 193 min pasiyent dünyasını dəyişib.

Loading...

www.yenicag.az

301
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100