Trampın ikinci prezidentliyinin riskləri artmaqda davam edir.
Yenicag.az xəbər verir ki, bu barədə “nature” nəşri təhlil məqaləsində yazıb.
Nəşr qeyd edib ki, gələn həftə ABŞ seçiciləri Nümayəndələr Palatasının və Senatın üzvləri ilə birlikdə yeni prezidenti seçmək üçün seçki məntəqələrinə gedəcəklər.
“Bu seçki həm ABŞ, həm də dünya üçün həddindən artıq gərgin proseslərin yaşandığı dövründə baş tutacaq. Namizədlər Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp isə ABŞ-nin beynəlxalq səhnədəki rolu ilə bağlı tamamilə fərqli fikirləri təmsil edirlər.
Bütün seçkilər kimi 5 noyabrda keçiriləcək səsvermə də özündə elmdən daha çox şeyi ehtiva edir. Elmi tədqiqatların taleyi, dəlillərə əsaslanan qanun yaradıcılığı və hökumətin müstəqil elm-siyasət məsləhətlərini qəbul etməsi ölkənin gələcək kursunun və uzunmüddətli rifahının əsas müəyyənediciləri olacaq”, nəşr yazır.
Bayden-Harris administrasiyasının əsas hədəfindən bəhs edən nəşr qeyd edib ki, gələcək on il ərzində iqlim və təmiz enerji texnologiyalarına yatırımdır.
“Həmçinin qeyd etmək lazımdır ki, Harris onun administrasiyasının Bayden prezidentliyinin davamı olmayacağını deyib. Yəni onun, “imkanlar iqtisadiyyatı” qurmaqla bağlı planları var.
Prezident kimi Tramp nəinki tədqiqata əsaslanan işlərə məhəl qoymadı, həm də milli-qlobal elm və ictimai səhiyyə agentliklərini sarsıtdı. O, iqlimlə bağlı araşdırmaları təkzib etdi, federal hökumətin qasırğa proqnozlarına reaksiyası haqqında yalan danışdı. Həmçinin elm adamlarından dezinfeksiyaedici maddələrin COVID-19-a yoluxan olan insanları müalicə etmək üçün istifadə oluna biləcəyi araşdırmalar istədi.
O, əsrdə bir dəfə baş verən pandemiyanın ortasında ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından çıxardı. Yanaşı olaraq, Paris İqlim Sazişindən və Birgə Hərtərəfli Fəaliyyət Planından (İran nüvə sazişi də adlanır) geri çəkildi. Son çıxışlarında Trampın ritorikasl daha da sərtləşib. Təkcə son bir neçə həftə ərzində o, milyonlarla miqrantın həbsxanalardan, ruhi xəstəxanalardan ABŞ-ə gəldiyini iddia edib. Bir sözlə, Trampın ikinci prezidentliyinin riskləri artmaqda davam edir”, – deyə məqalədə bildirilib.
Nəsimi Ələsgərli
www.yenicag.az