Trampın Əfqanıstan OYUNU: Xəbərdarlıq, yoxsa real hücum? – ŞOK PLAN İFŞA OLDU
“ABŞ Prezidenti Donald Trampın Əfqanıstandan “Baqram” bazasını tələb etməsi və bu məsələdə hədələyici ifadələr işlətməsi onu deməyə əsas verir ki, onun xarici siyasətində əsas istiqamət Yaxın Şərq və müsəlman dövlətləri olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi ABŞ Prezidentinin Əfqanıstandakı “Baqram” aviabazası ilə bağlı səsləndirdiyi fikirləri və Vaşinqton regional planlarını analiz edib.
Onun sözlərinə görə, Trampın strategiyası ideoloji baxımdan Amerikaya uyğun olmayan dövlətləri təzyiq altında saxlamağa yönəlib:
“Xüsusilə də Yaxın Şərq məsələsində ABŞ, ehtimal edilən Türkiyə-İsrail toqquşması zamanı Pakistanın verə biləcəyi dəstəyi önləmək üçün bölgəyə qayıtmaq istəyir. Burada, əsasən, “dəstək xətti” deyilən xüsusi əməliyyatlar və aviasiya zərbələri nəzərdə tutulur, nəinki genişmiqyaslı quru əməliyyatları”.
“Hazırda bu addım daha çox xəbərdarlıq və dərs xarakteri daşıyır, lakin hədəfə zərbə endirilməsi ehtimalını da istisna etmək olmaz. Bununla yanaşı, belə bir gedişin ABŞ-nin daxili siyasi mühitində və xarici siyasətə baxış bucağında böhran doğurması mümkündür. Mənim fikrimcə, genişmiqyaslı Əfqanıstan əməliyyatı hələlik real görünmür, amma hava bombardmanları istisna deyil”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov