Trampın "Foto montajı"nın altından İŞĞAL: Danimarka torpağı rəsmən HƏDƏFDƏ

media-hightechnic-468x90

“Trampın foto montajla Qrenlandiya mesajı verməsi onun bu ərazi ilə bağlı iddialarının praktik müstəviyə keçməsinə işarədir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.

Politoloq ABŞ lideri Donald Trampın Qrenlandiyaya bayraq sancaraq altına “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı il” yazması haqqında fikirlərini bölüşüb. Politoloq qeyd edib ki, bu addım ərazi iddialarının daha geniş müstəviyə daşınmasına işarədir:

“ABŞ lideri Tramp Qrenlandiya ilə bağlı ərazi iddialarını 2026-cı il başlayandan bəri daha çevik şəkildə gündəmə gətirir. Bu, ABŞ-ın Qrenlandiya ilə bağlı planlarının fəallaşmasından xəbər verir. Təsadüfi deyil ki, bu məsələ Avro-Atlantik məkanda geniş bir təhlükəsizlik çatları ilə bağlı müzakirələrə səbəb olub. Ona görə ki, Qrenlandiya Danimarka ərazisidir. Danimarka NATO üzvü olduğu üçün bir üzvün digərinin ərazisinə iddia etməsi böyük ziddiyyət yaradır və təşkilatın prinsiplərinə ziddir.

Əgər ABŞ hərbi güc yolu ilə Qrenlandiyanı ələ keçirməyə çalışarsa, NATO buna hansı cavabı verəcək? Bu, ən böyük suallardan biridir və yaranan dilemmalar Amerikanın Qrenlandiya üzərində daha iddialı gündəlik qurmasına şərait yaradır. ABŞ Avro-Atlantik məkanda Ukrayna ətrafında yaranan böhranı və siyasi təhlükəsizlik problemlərini öz xeyrinə çevirməyə çalışır.

Amerika Avro-Atlantik məkanı həm də Rusiya ilə üz-üzə qoymaqla təhdidlər səsləndirir ki, bu da onun Qrenlandiya ilə bağlı siyasətinə təsir göstərir. Tramp Qrenlandiyanı ələ keçirmək üçün Avropanın razılığını almağa çalışır. Avropa buna səssiz razılıq verərsə, ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində də müəyyən dəyişikliklər edə bilər. Hər bir halda, Qrenlandiya ilə bağlı iddiaların bu formada gündəmə gətirilməsi, Venesueladakı hadisələrdən sonra bu mövzunun daha praktik müstəviyə keçə biləcəyini vəd edir. Tramp beynəlxalq gündəmdə təəccüb yarada bilən siyasətçidir, ona görə də Qrenlandiya ilə bağlı sürprizləri istisna etməməliyik”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa