Trampın “İran savaşı”: Uğur, yoxsa iflas? – Böyük Britaniyanın keçmiş səfiri yazır

ABŞ-ın İran neftinin ixracını inadkarlıqla dayandırmaq cəhdi və bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı beynəlxalq ictimaiyyətin dəstəyini ala bilməməsi Amerika administrasiyasının yaxın gələcəkdə çətinliklərlə üzləşəcəyini göstərir.

Birləşmiş Ştatların bu ilin may ayında İranla 2015-ci ilin iyulun 14-də Brüsseldə imzalanan və Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası üzvlərinin dəstəklədiyi Nüvə razılaşmasından çıxmasından sonra ABŞ İrana “iqtisadi müharibə” elan atdi. Hazırda Tramp administrasiyası birtərəfli qaydada dünya ölkələrinin maraqlarını nəzərə almayaraq, onların İranla ticarət əlaqələrini dayandırmaları uğrunda mübarizə aparır.

Tramp administrasiyası bu siyasətini “İranın dünya miqyasında Amerika xalqının təhlükəsizliyinə böyük təhdid olması” ilə əsaslandırır. Lakin Amerika administrasiyasının bu yanaşması açıq-aşkar şişirdilib. Mayk Pompeonun “bu sanksiyalar İranı özünü normal ölkə kimi aparmağa sövq edəcək” bəyanatı isə ironiyadır.

Birləşmiş Ştatlar “normal” ölkə deyil. Yəmənə qarşı dəhşətli təcavüzdə qeyri-qanuni iştirak və Fələstinin İsrailin müstəmləkəsinə çevrilməsində ABŞ-ın dəstəyinin artması normal sayıla bilməz. Həqiqət budur ki, İran da daxil olmaqla, Yaxın Şərqdə baş verən regional toqquşmalara müdaxilə edən bütün dövlətlər hər zaman olduğu kimi öz maraqlarından çıxış edərək, yaranan gərginliyin nəticələrindən faydalanmağa çalışırlar. Hər halda, ABŞ-ın İrana qarşı yürütdüyü siyasət müharibə vəziyyəti kimi qəbul edilməlidir. Bəs bu siyasət strateji planda uğurla nəticələnəcəkmi?

Böyük Britaniyanın Tehranda səfiri kimi, Fransa və Almaniyadan olan həmkarımla birlikdə 2005-ci ildə Qərb ölkələrinin İranla nüvə razılaşmasına dair cəhdinə cavab olaraq İranın imtina məktubunu aldım. Təhlilçilər bizim hazırda döyüşlərə başlayacağımız barədə fikirləşdiyimizi göstərməklə tez-tez səhv edirlər. Lakin mən belə düşünmürəm.

Fikrimcə, ölkədə inflayasiyanın qalxmasına və Beynəlxalq Valyuta Fondunun dediyi sərt tənəzzülün baş verməsinə baxmayaraq, İranda vəziyyət əsasən, sabit qalacaq. İranda mümkün narazılıq, mümkün etiraz aksiyaları artacaq, hər halda, İran rəhbərləri təlatüm yaratmağa cəhd edəcəklər. ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri isə İran hakimiyyəti üçün həlledici olacaq. Əgər Donald Trump ikinci müddətə prezident seçilərsə, İran rəhbərləri ölkənin daha dörd il böhranla qarşılaşmasına dözməyəcəklər. Onların məqsədi ABŞ administrasiyasını peşman etməkdir. Mən İran rəhbərlərinin bu müddət ərzində ABŞ-ı təxribata çəkməkdən çəkinmələrini və nüvə strukturları ilə bağlı gizli saxladığı məqamları açıqlayaraq, beynəlxalq birliklə əməkdaşlığa başlamalarını daha məqbul sayıram.

İranın ali dini rəhbəri Ayətulla Xamenei güzəştə getmək niyyətində deyil. Həqiqətdə İran rəhbərliyinə daxil olan şəxslərin hamısı bu məsələdə qətiyyətli mövqe tuturlar. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi sanksiyaların ölkənin iqtisadiyyatına zərər vurması və əhalinin bu sanksiyalardan əziyyət çəkməsi fonunda qarşıdakı iki ildə İran hökumətinin Qərbə reverans edəcəyi gözlənilmir. Bu mənada, hazırda İrana qarşı razılaşdırılmış beynəlxalq təzyiq planı yoxdur. Buna nümunə kimi, Avropa İttifaqının müəyyən maliyyə axını əldə etmək üçün İranla hazırladığı layihəni göstərə bilərik. Lakin Tehranda bu layihənin İranın iqtisadiyyatına müsbət təsir edəcəyinə inanmırlar.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə əldə olunan razılaşmaya İranla da nail olmağı nəzərdən keçirir. Tramp İranın dəyişdiyini deyir. ABŞ-ın bir sıra nüfuzlu siyasətçiləri İranla daha yaxşı münasibətlər qurmağa dair danışıqlar aparılmasının vacibliyini bildirirlər.

Lakin bu cür danışıqların baş tutacağı inandırıcı deyil. İran ancaq özünün istədiyi şərtlər daxilində ABŞ-la danışıqlara başlamağı mümkün sayır. Birləşmiş Ştatlar kimi, İran da mövqeyini gücləndirdikdən sonra danışıqların baş tutmasında maraqlıdır. Məsələnin mahiyyəti odur ki, Birləşmiş Ştatların real güzəştini gördükdən sonra İran öz siyasi kursunu dəyişəcək. ABŞ hələ ki İrana yönəlik siyasətini dəyişmir. Çin, Hindistan və Türkiyənin İranın neftinə tələbatı dünya bazarında bir anda alternativ kanalın yaranmasına gətirib çıxara bilər. Həmin alternativ kanalın yaranması nəticəsində ABŞ dollarının ucuzlaşması isə Birləşmiş Ştatların hərbi məqsədlərinin reallaşdırılmasını çətinləşdirəcək.

Ancaq münasibətlərdə dəyişiklik, yəni tərəflərin qarşılıqlı ittihamlara son qoyması danışıqların başlamasına zəmin yarada bilər. Həmçinin İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması da İran rəhbərlərini öz siyasətlərini yenidən nəzərdən keçirməyə sövq edəcək. Bu vəziyyətdə İranı regionda yeritdiyi təhdid siyasətindən uzaqlaşdırmaq mümkün görünür. Böyük dövlətlərin İranla imzaladığı nüvə razılaşmasının qarşılığında İranın öz qoşunlarını bəzi regionlardan çıxarmasından sonra Yaxın Şərqdə sülhün əldə edilməsi realdır.

ABŞ birtərəfli siyasətindən əl çəkərək, mərhələli münasibət prinsipinə keçərsə, Böyük Britaniya, Fransa və Almaniya ilə birgə çalışaraq, Təhlükəsizlik Şurasının İranla 2013-cü ildən başladığı danışıqları yenidən bərpa edə bilər.

ABŞ strateji planda uğur qazanmaq əvəzinə, indiki xarici siyasəti ilə özünü dünyaya “zəif” təqdim edir. Müttəfiqlərini öz tərəfinə çəkməkdə heç bir ümidi qalmayan və İranı ram etməyə çalışan Birləşmiş Ştatların başqa seçimi yoxdur.

Riçard Dalton (Richard Dalton),
Böyük Britaniyanın İrandakı keçmiş səfiri

“The Guardian”

COP29