!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın Ukrayna ilə bağlı sülh planı yayıldı – DETALLAR

!Reklam – Yazi

Qərb mediasında ABŞ-nin sabiq prezidenti, cari ildə keçiriləcək prezident seçkilərində namizədliyini verən Donald Trampın Ukrayna ilə bağlı sülh planı yayılıb.

Yenicag.az “Caucasian Live” “Telegram” kanalına istinadla xəbər verir ki, plan “Americafirst” jurnalında yayımlanıb və Trampın planı hazırlayan müşavirlərinin adları da siyahıda açıqlanıb.

Qeyd olunur ki, bunlar istefada olan yüksək rütbəli zabit, general-leytenant, Trampın dövründə milli təhlükəsizlik üzrə vitse-prezidentin müşaviri çalışmış Keyt Kelloq və Tramp administrasiyasında Milli Təhlükəsizlik Şurasında aparat rəhbəri olmuş, CIA-nın keçmiş analitiki və hazırda Amerika Birinci Siyasət İnstitutunda Amerika Təhlükəsizlik Mərkəzinin sədr müavini olan ehtiyatda olan general Fred Fleytsdir.

Planda Putini danışıqlara inandırmaq və cəlb etmək üçün ABŞ və Avropa İttifaqı (Aİ) rəsmiləri Ukraynanın uzun müddət NATO-ya üzv qəbul edilməyəcəyi və Ukrayna ərazisində ABŞ bazalarının olmayacağı barədə ona təminat vermək təklif edilir.

“Ukrayna tərəfi yalnız Putinlə masaya oturmağı qəbul edəcəyi təqdirdə, Birləşmiş Ştatlardan silah dəstəyi və təhlükəsizlik təminatı alacaq. Tramp administrasiyası Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmayacağını və əvəzində ABŞ tərəfindən iqtisadi, hərbi dəstəklə təmin edilməsini təklif edir”, – deyə məlumatda qeyd olunur.

Məqalədən sitat gətirən kanal yazır ki, həmçinin Ukraynanın Qara və Azov dənizinə sərbəst keçidinə icazə verilməsi məsələsi planda yer alıb.

“Eyni zamanda, Birləşmiş Ştatlar Zaporojye AES-in Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE – red.) nəzarətinə verilməsini tələb edir. Trampın sülh planında Rusiya qoşunlarının Ukrayna ərazilərini tərk etməsi olmayacaq, əksinə, təmas xəttində tərəflər qalacaq, Krım məsələsi isə gələcək müzakirə üçün saxlanılacaq”, – deyə məlumatda qeyd edilib.

“Rusiya tərəfinə gəldikdə isə Moskva Ukraynaya dəyən ziyanı ödəməyəcəyi müddətdə aktivləri dondurulmuş olaraq qalacaq. Rusiya danışıqları qəbul edərsə, ona qarşı bəzi sanksiyalar yumşaldıla bilər. Əgər Rusiya tərəfi danışıqları qəbul etməsə, ABŞ Ukraynaya uzun mənzilli qanadlı raketləri tədarük edəcək və onlarla Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verəcək”, – deyə kanal əlavə edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv