Rusiya Prezidenti Vladimir Putinin sağlamlığı ilə bağlı digər ölkələrin kəşfiyyat orqanlarının informasiya əldə etməsinin qarşısının alınması üçün Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşları tərəfindən xüsusi tədbirlər görülür.
Bu iddia ilə “Paris Match” nəşri çıxış edib.
Belə ki, nəşr 2019-cu ilin dekabrın 9-da Parisdə keçirilən “Normand dördlüyü” sammiti zamanı çəkilmiş kadrları təqdim edib. Qeyd olunur ki, həmin vaxt sanitar qovşaqdan istifadə edən Rusiya Prezidenti Vladimir Putini altı mühafizəçisi müşayiət edib. Bu zaman onlardan birinin əlində tutduğu çanta isə xüsusi diqqət çəkib. Həmin çantada Vladimir Putinin sanitar qovşaqdan istifadə etməsindən sonra sağlamlığı ilə bağlı informasiya əldə olunmasının qarşısını almaq üçün onun nəcisinin saxlanıldığı bildirilir.
www.yenicag.az