Cəlilabadda əmisi tərəfindən balta ilə yaralanan yeniyetmə vəfat etdi - YENİLƏNDİ
Cəlilabad rayonunda ağır cinayət hadisəsi ölüm faktı ilə nəticələnib.
Yenicag.az xəbər verir ki, əmisi tərəfindən balta xəsarətləri alan 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva göstərilən tibbi yardımlara baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Yeniyetmənin meyiti müvafiq ekspertiza tədbirlərinin aparılması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***20:00
Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 12 və 14 yaşlı qardaşı qızı və oğluna hücum edib. İlkin məlumata görə, azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirilib.
Yenicag.az xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır./Azərtac/












