!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tünzalə Ağayeva hər kəsi təəccübləndirdi

!Reklam – Yazi

Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.

Yenicag.az xəbər verir ki, gecədə çıxış edən pop ulduz hər kəsi təəccübləndirib. Xalq artisti heç bir müşayiət olmadan royalda əsər ifa edib, dünyaca məşhur ulduz Uitni Xyustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib.

Çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanan xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib:

“Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar, o, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər, o analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasaq, minnətdar olsaq, azdır. Eşq olsun, Azərbaycan xanımına! İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik”.

Səhnədə füsunkar görünən ulduz geyimində qara tonlardan istifadə edib. Onun bütöv obrazını Rusiya, Orta Asiya və Qafqazda tanınan həmyerlimiz, dizayner Orxan Sultan hazırlayıb.

Cəvahir

www.yenicag.az

127
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv