!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk millət vəkili: "Ermənistan heç vaxt məsuliyyətli dövlət siyasəti yürütməyib"  

!Reklam – Yazi

“Bu siyasət Ermənistanın özünə zərbə vuracaq.”

AKP-nin Qarsdan seçilən millət vəkili Səlahəddin Beyribəy Ermənistanın sabiq prezidenti Sarkisyanın Türkiyə-Ermənistan münasibətlərini “normallaşdırılmasını” nəzərdə tutan protokolları ləğv etməsini Yenicag.az-a şərh edib:

“Sürix protokollarının imzalandığı dövrdə millət vəkili olaraq qonşuluq əlaqələrinin yaxşı istiqamətdə aparılmasını istəmişdim. Düşünürdüm ki, bununla belə Ermənistan Türkiyəyə qarşı əsassız iddialarından əl çəkər, qardaş Azərbaycanın işğal olunan torpaqlarından qeyd-şərtsiz çıxar. Bizim protokolları məclis komissiyasında gözlətdiyimiz zaman 2010-cu ilin əvvəli Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bu protokolların həyata keçirilməsi ehtimalı demək olar ki, sıfıra endirildi. Sarkisyanın protokolları ləğv etməsi ilə Türkiyə heç nə itirməyəcək. Ermənistan heç vaxt məsuliyyətli dövlət kimi siyasət yürütməyib, onların bu davranışı Türkiyəyə və qardaş Azərbaycana yox, birbaşa Ermənistana zərbə vuracaq. Başqalarının dəstəyinə arxalanaraq, işğalçılıq siyasəti aparmaq və qonşularla pis münasibət saxlamaq heç bir perspektivli gələcək vəd etmir. Bunu bilmirlərsə, öyrənmələrini tövsiyə edirəm”.

COP29

www.yenicag.az

1621
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv