Türkiyənin Diyarbəkir şəhərində həbs edilən 3 ingilis jurnalistdən 2-si azadlığa buraxılıb.
Yenicag.az xəbər verir ki, İngiltərənin Xarici İşlər Nazirliyi sözügedən jurnalistlərlə bağlı Türkiyəyə çağırış edib.
Qeyd edək ki, bir müddət əvvəl “Vice News”adlı mətbuat orqanının müxbirləri Filipp Pendleburi və Cek Hanrahan Diyabəkirdə həbs edilmişdi. Araşdırmalardan sonra onlar azadlığa buraxıldı. Digər jurnalist isə hələ həbsdədir.