“Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” səhər yeməyi tədbiri keçirildi - FOTO

media-hightechnic-468x90

 

26 oktyabr 2025-ci il tarixində “Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” adlı səhər yeməyi tədbiri təşkil olunub.

Tədbirin fəxri qonağı Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini cənab Ahmet Aydın olub.

Tədbirdə həmçinin Türkiyə Respublikasının AzərbaycandakıSəfirliyinin Çalışma və Sosial Güvenlik Müşaviri Fatih Bilal Alodalı, Baş Ticarət Müşaviri Nevzat Bozkurt, TÜİB üzvşirkətlərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində TÜİB İdarə Heyətinin üzvü Salih TüfekçiBirliyin fəaliyyəti, layihələri və iki ölkə arasında əməkdaşlıqistiqamətləri barədə təqdimatla çıxış edib.

Çıxışı zamanı cənab Ahmet Aydın son üç gündə Azərbaycandakeçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bir çox türk iş adamlarının uğurlulayihələr həyata keçirdiyinə şəxsən şahid olub:

“Azərbaycan–Türkiyə münasibətləri strateji və qardaşlıq bağlarıüzərində qurulub. Həm azərbaycanlı, həm də türkiyəli işadamlarından ibarət TÜİB bu münasibətlərin iqtisadi sahədəinkişafına böyük töhfə verir. Hüseyin Büyükfıratın rəhbərliyi iləTÜİB-in gördüyü işlər təqdirəlayiqdir. Liderlərimiz arasındakıyaxın münasibətlər iki ölkənin iş dünyasına da müsbət təsirgöstərir. Azərbaycan Türkiyənin Asiya və Orta Asiyaya, Türkiyəisə Azərbaycanın Qərbə açılan qapısıdır. İki dövlət, bir millətolaraq biz artıq güc mərkəzinə çevrilmişik və Qarabağ Zəfəribunun bariz nümunəsidir.”

Tədbirdə həmçinin TÜİB-in yeni üzvlərinə üzvlük plaketləritəqdim edilib.

Eyni zamanda TÜİB-in yeni üzvü olan Abşeron LogistikaMərkəzi barədə məlumat iştirakçılara Elməddin Hüseynovtərəfindən təqdim edilib. O, mərkəzin fəaliyyəti, “Biznes Park Abşeron” layihəsi və logistika sahəsində yaradılan imkanlarhaqqında ətraflı danışıb.

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında vurğulayıb ki, Birlik ikiqardaş ölkə arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsiistiqamətində ardıcıl fəaliyyət göstərir:

“TÜİB olaraq iki ölkə arasında iqtisadi və mədəni münasibətlərininkişafına töhfə vermək üçün çalışırıq. Bu gün cənab Ahmet Aydının iştirakı ilə təşkil etdiyimiz bu proqramda üzvlərimizlə biraraya gələrək əməkdaşlıq imkanlarını müzakirə etdik. Məqsədimizhər iki ölkənin iqtisadiyyatına həm istehsal, həm də məşğulluqbaxımından dəyər qatmaq, birgə inkişaf və tərəqqiyə xidmətetməkdir.”

Tədbir səmimi atmosferdə keçib, iştirakçılar arasında qarşılıqlıfikir mübadiləsi aparılıb və geniş networking imkanı yaranıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa