!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə hərbçilərindən suriyalılara yardım kampaniyası – FOTO

!Reklam – Yazi

Suriyanın Tel Abyad və Rəsulayn rayonlarını PKK/YPG terror təşkilatından təmizləyən Türkiyə hərbçiləri yerli sakinlərə yardım edib.

Yenicag.az xəbər verir ki, “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan Mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylamağa və tibbi xidmətlər göstərməyə davam edir.

Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiye kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək, ehtiyacı olan xəstələrə tibbi xidmətlər göstərilib.

Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri Mehmetciklərimiz tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb./Avropa.info/

www.yenicag.az

2207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv