Türkiyə MN-dən “Zəfər Günü” ilə bağlı paylaşım

media-hightechnic-468x90

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib.

“5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.

Türkiyə və Azərbaycan əbədi olaraq “Bir millət, iki dövlət” prinsipi ilə bir və bərabər olmağa davam edəcək!”, – paylaşımda qeyd olunub.

Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib.

“Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək”, – paylaşımda vurğulanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05