"Türkiyə prosesin daha da radikal xarakter almaması üçün çox çalışır" - Politoloq

media-hightechnic-468x90

“Rusiyanın nüvə silahından istifadə etməsi az ehtimal olunur”.

Bu fikirləri Rusiyanın taktiki nüvə silahından istifadə etməsinin mümkünlüyünü dəyərləndirən sabiq deputat, politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməsi inandırıcı deyil:

“Avropa İttifaqı Donetsk, Luqansk, Xersonu Ukrayna ərazisi kimi tanıyır. Rusiyanın orada referendum keçirməsini də qeyri-qanuni adlandırdılar. Rusiya referendum keçirməklə həmin əraziləri öz ərazisi hesab etdikdən sonra hərbi doktrinasına uyğun olaraq Ukrayna və beynəlxalq aləmi nüvə silahı ilə təhdid edəcək.

Məsələ ondadır ki, Böyük Britaniya və ABŞ Rusiyanın nüvə təhdidinə hazır olduqlarını bildiriblər. Onlar Rusiya nüvə silahından istifadə etsə, buna cavab verəcəklərini dilə gətirirlər. Rusiyanın nüvə silahından istifadə etməsi az ehtimal olunur. Türkiyə prosesin daha da radikal xarakter almaması üçün çox çalışır. Ümid edirəm ki, nüvə silahından istifadə olunmaz”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600