!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə qırıcıları Dəmirtaşın qardaşını yaraladı

!Reklam – Yazi

b5f12775c16b5eeb015e42024605f39aHərbi əməliyyatlar başlayandan indiyədək 260 terrorçu məhv edilib

Türkiyədə PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar davam edir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, iyulun 31-də “Şəhid Həmzə Yıldırım” adı verilən əməliyyatda 28 hərbi təyyarə PKK-nın 65-dən çox mövqeyinə havadan zərbə endirib. Bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları, mağaralar var.

Bundan başqa, iyulun 30-da keçirilən əməliyyatın detalları məlum olub. “Şəhid İbrahim Tanrıverdi” adı verilən həmin əməliyyat zamanı 80 hərbi təyyarə PKK-nın 100-dən artıq mövqeyini bombalayıb.

PKK-ya qarşı keçirilən əməliyyatlarda indiyədək 260 terrorçu məhv edilib, 400-dən çox PKK üzvü isə yaralanıb. Yaralananlar arasında Türkiyə Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşın Nurəddin Dəmirtaş da var.

Türkiyə hökuməti əməliyyatların davam edəcəyini bəyan edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl verdiyi açıqlamasında S. Dəmirtaşın qardaşının İraqın şimalındakı PKK düşərgələrində olduğunu bildirmişdi.

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv