!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə terrorun kökünü KƏSİR? – “PKK kürdlərin qanı üzərindən mənfəət əldə etmək istəyir”

!Reklam – Yazi

“Terror təşkilatının Türkiyədən istədikləri və bunun doğura biləcəyi nəticələr son dərəcə təhlükəli və strateji məqsədlərə xidmət edir”.

Bu sözləri Yenicag.az-la söhbətində türkiyəli mütəxəssis, təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Analitik Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) üzvlərinin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədri Dövlət Bağçalı ilə baş tutan rezonans dolu görüşündən sonra Türkiyədə ikinci “həll prosesi”nin başlaması haqqında səslənən fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, terror təşkilatı lideri Abdullah Öcalanın açıqlamalarına görə, bu cəhdlərin əsas məqsədi “demokratik dönüşüm” adı altında Türkiyədə struktur dəyişikliklər yaratmaqdır:

“Bu dönüşüm isə federasiya, konfederasiya, kantonlar və ya muxtar idarəçilik modeli üzərindən avtonom bir dövlət qurmağa yönəlmişdir. Bu hədəf Türkiyənin parçalanmasına aparan təhlükəli bir prosesin başlanğıcı ola bilər. Təşkilatın tələbləri arasında beynəlxalq qarant ölkələrin müzakirələrdə vasitəçi olmasını təmin etmək də var. Bu, terror təşkilatının beynəlxalq səviyyədə legitimləşdirilməsi və Türkiyənin suverenliyinə təhlükə yaratmaq anlamına gəlir. Belə bir addım həm hüquqi, həm də siyasi baxımdan ölkənin idarəetmə ipini xarici qüvvələrin əlinə verə bilər”.

A. Ağar əlavə edib ki, bundan əlavə, terror təşkilatı qanlı əməllər törətmiş və məhkum olunmuş üzvlərinin əfv edilməsini tələb edir:

“Bu, həm Türkiyənin ədliyyə sisteminə ağır zərbə vuracaq, həm də dövlətə və qanunlara olan ictimai etimadı zəiflədəcək. Digər tərəfdən, terrorla mübarizə qanunlarında dəyişikliklər tələb edərək bələdiyyələrə qəyyum təyinatının məhkəmə yolu ilə həyata keçirilməsini istəyirlər ki, bu da siyasi manipulyasiyalar üçün əlavə imkanlar yaradacaq”.

“YPG/PKK-nın əsas strategiyası kürdlərin qanı üzərindən siyasi, iqtisadi və geosiyasi mənfəətlər əldə etməkdir. Bu təşkilatın fəaliyyəti Qəzzadan Suriya və Türkiyəyə qədər uzanan Yaxın Şərqin yenidən dizayn edilməsi planlarının bir hissəsidir. Nəticə olaraq, bu proses təkcə Türkiyənin daxili məsələsi deyil, regional və qlobal miqyasda böyük təhlükələr yarada biləcək bir ssenaridir. Bu təhlükəyə qarşı diqqətli və milli birliyə əsaslanan bir mövqe sərgiləmək vacibdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv