Türkiyə hərbi sənaye kompleksi tərəfindən hazırlanan pilotsuz hücum aparat modellərin sayı artıb.
Yenicag.az xəbər verir ki, bu gün qardaş ölkədə yeni hücum dronu olan “DOĞAN” aparatı nümayiş etdirilib.
Bildirilib ki, “DOĞAN” 5.56 mm avtomatik piyada tüfənginə malik inteqrasiya edilmiş müdafiə və mühafizə platforması olaraq dizayn olunub. Aparat, həmçinin kamera ilə təchiz olunub, hədəfi aşkarlaya və müəyyən edə bilir.
Məlumata görə, sözügedən PUA üzərində 100-200 patron daşıya bilir. Termal görüntü və gündüz kameraları kimi sistemlər vasitəsilə pilotsuz uçan aparat insan gözünə görünməyən təhlükəni aşkarlaya, öyrənə və təsvir etmək funksiyalarına malikdir.
Bundan əlavə, “DOĞAN” 10 kilometr məsafədə olan hədəfə yaxınlaşa və missiyasını tamamlayıb geri dönə bilər. Hərbi qurğu 30 dəqiqə ərzində tam gücü ilə havada qala bilər.
www.yenicag.az