Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb.
Bu barədə Türkiyənin CNNTürk kanalı məlumat yayıb.
Qeyd edək ki, hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, həmçinin quru və hava qüvvələri komandanlarının yeri barədə heç bir məlumat yoxdur.
Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah başçısı, general Ekrem Çağlar da saxlanılıb.
***
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb.
Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.
CNNTürk isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil derdiklərini bildirib.