Türkiyədə aramsız yağışlar bəndi doldurdu, 15 min nəfər təxliyə edildi - FOTO

media-hightechnic-468x90

Aramsız yağan yağışlar nəticəsində Almus bəndində doluluq səviyyəsinin 100 faizə çatması və suyun boşaldılması Yeşilırmak çayında daşqın təhlükəsini maksimuma çıxarıb. Bölgədə “qırmızı alarm” elan olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, AFAD sədri Əli Həmzə Pəhlivanın sözlərinə görə, yaşayış məntəqələrində təhlükəsizliyi təmin etmək məqsədilə 15 minə yaxın sakin təhlükəsiz zonalara köçürülüb.

Almus bəndindən axan suyun Yeşilırmak yatağında səviyyəni kəskin qaldırması xüsusilə Turhal rayonunda vəziyyəti ağırlaşdırıb. Rayon mərkəzində həyat demək olar ki, dayanıb. Çay kənarı ərazilərdəki onlarla iş yeri sahibi su basması riski səbəbindən kepenkləri bağlayıb, mağazalarının qarşısına qum torbaları düzərək müdafiə qurmağa çalışırlar.

AFAD sədri bildirib ki, son 5 gündə bölgədə 2 058 nəfərlik heyət və 530-a yaxın texnika, o cümlədən ağır iş maşınları, motopomplar və amfibik nəqliyyat vasitələri ilə gecə-gündüz mübarizə aparılır:

“Dövlət Su İşləri (DSİ) ilə birgə riski minimuma endirmək üçün çay yataqlarında bərkitmə işləri daxil olmaqla, bütün önləyici tədbirləri görürük. Hazırkı mərhələdə əsas hədəfimiz vətəndaşlarımızın həyatını və təsərrüfatlarını qorumaqdır”.

Daşqın riski təsərrüfatlara da ciddi ziyan vurub. Rəsmi statistikaya görə, 13 mindən çox iribuynuzlu və xırdabuynuzlu heyvan, eləcə də 2 500 arı pətəyi təhlükəsiz ərazilərə daşınıb.

Hazırda Tokatda vəziyyət gərgin olaraq qalır, dövlət qurumları çay yatağı boyunca nəzarəti 24 saatlıq rejimdə davam etdirir.

media-tokat-diken-ustunde-almus-barajinda-yuzde-100-doluluk-sonrasi-yesilirmak-nehrinde-tas-1792020_photogallery_20260521123529_2 media-tokat-diken-ustunde-almus-barajinda-yuzde-100-doluluk-sonrasi-yesilirmak-nehrinde-tas-1792020_photogallery_20260521123529_3 media-tokat-diken-ustunde-almus-barajinda-yuzde-100-doluluk-sonrasi-yesilirmak-nehrinde-tas-1792020_photogallery_20260521123529_4 media-tokat-diken-ustunde-almus-barajinda-yuzde-100-doluluk-sonrasi-yesilirmak-nehrinde-tas-1792020_photogallery_20260521123529_5

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05