Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə İranın casus şəbəkəsi çökdürüldü

Türkiyənin Van vilayətində İrana məxsus casus şəbəkəsi ifşa olunub.

Yenicagmaz xəbər verir ki, ölkənin Milli Kəşfiyyat Təşkilatı və polisin Van bölgəsində keçirdiyi birgə əməliyyat nəticəsində ikisi İran vətəndaşı olmaqla səkkiz nəfər saxlanılıb.

Onlar iranlı keçmiş hərbçini ölkəsinə qaçırmağa cəhd göstərərkən həbs olunublar.

Əməliyyat sentyabrın 24-də keçirilsə də, bu barədə yalnız indi məlumat verilib.

Bildirilib ki, İran vətəndaşları 30 dollarlıq büdcə ilə bölgədə casus şəbəkəsi qurublar. Onlar şəbəkəyə altı nəfər Türkiyə vətəndaşını cəlb ediblər. Şəbəkə iranlı keçmiş hərbçini ölkəsinə qaçırmaq barədə təlimatı İran kəşfiyyatından alıb. Əməliyyata yardım üçün hərbçinin həyat yoldaşına 10 min dollar təklif edilib, imtina edəcəyi halda xanım İrandakı ailə üzvlərinə zərər veriləcəyilə təhdid olunub.

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100