Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son 24 saat ərzində koronavirusla bağlı statistika açıqlanıb.

Yenicag.az xəbər verir ki, sutka ərzində 55 nəfər COVID-19 diaqnozu ilə vəfat edib.

Məlumata əsasən, iyulun 25-də yoxlanış məqsədilə 223 837 test götürülüb. Onlardan  14 230-nün cavabı müsbət çıxıb.

Beləliklə də, yeni yoluxanların sayında kəskin artım müşahidə olunub.

Həmçinin, ötən gün ərzində 5211 nəfər sağalaraq karantin müddətini başa vurub.