Türkiyəli ağırlıqqaldıran İlham Əliyevə təşəkkür etdi

media-hightechnic-468x90

Türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Genc Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında türkiyəli idmançı bildirib.

73 kq çəki dərəcəsində İslamiadanın qalibi olan atlet 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatında yaşananları xatırlayıb:

“Öncəliklə onu demək istəyirəm ki, mən 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının qalibi olmuşdum və medalımı Azərbaycan xalqına həsr etmişdim. Bu hadisədən sonra Cənab Prezident İlham Əliyev məni və komanda yoldaşlarımı ölkənizə dəvət etmişdi. Azərbaycan Prezidentinə və xalqına təşəkkürümü bildirirəm”.

O, azərbaycanlı ağırlıqqaldıranlarıla xoş münasibətdə olduğunu vurğulayıb:

“Bu yarışda da çempion oldum. Rahat şəkildə qızıl medal qazanacağıma əmin idim. Çünki özümə inanıram.

Azərbaycanlı idmançıların da uğurlu çıxış edəcəklərinə inanıram. Onlarla xoş münasibətimiz var. Xüsusilə Dadaş Dadaşbəyli və İsa Rüstəmovla yaxşı əlaqələrimiz var”.

Qeyd edək ki, 2023-cü ildə Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı hörmətsizlikdən sonra milli komandamız yarışa qatılmadan Vətənə qayıtmışdı.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa