Türkiyəli qapıçı milli komandanın düşərgəsini icazəsiz tərk etdi

media-hightechnic-468x90

Futbol üzrə Türkiyə millisinin düşərgəsində xoşagəlməz hadisə baş verib.

Yenicag.az xəbər verir ki, yığmanın qapıçısı Bərkə Özər komandanın düşərgəsini icazəsiz tərk edib.

Buna “ay-ulduzlular”ın DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla səfər oyununda (6:1) qolkiperin adının iştirak ərizəsinə salınmaması səbəb olub.

Məşqçilər heyətinin qərarından narazı qalan qapıçı milli komandanın düşərgəsini özbaşına tərk edib. Onun əvəzinə yığmaya “Başakşəhər”in qolkiperi Məhəmməd Şəngəzər dəvət olunub.

Qeyd edək ki, Türkiyə millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 14-də doğma meydanda Gürcüstan yığmasına qarşı keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa