!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Suriya və Misir siyasətində köklü DƏYİŞİKLİKLƏR – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Türkiyənin son illərdə Suriya və Misir siyasətində baş verən köklü dəyişikliklər Ankaranın xarici siyasətinin yeni reallıqlara uyğunlaşması və regionda daha geniş maraqları təmin etmək istəyi ilə əlaqəlidir. Bu dəyişikliklər Türkiyənin əvvəlki illərdəki sərt yanaşmasını yenidən nəzərdən keçirməsi və daha praqmatik bir siyasət yürütməsi ilə xarakterizə olunur.

Hamıya bəllidir ki, Türkiyə uzun müddət ərzində Suriya və Misirdəki rejimlərlə münasibətlərində gərginlik yaşayıb. Suriyada Əsəd rejiminə qarşı olan mövqeyi və Misirdə Əbdülfəttah Sisi hakimiyyətinə qarşı çıxışı Ankaranın bu ölkələrdəki siyasətlərində sərt xətt tutmasına səbəb olmuşdu. Lakin zamanla Türkiyə regionda sabitliyin olmamasının öz təhlükəsizliyi və iqtisadi maraqları üçün ciddi təhdidlər yaratdığını gördü. Bu səbəbdən Ankara bu ölkələrlə münasibətləri düzəltməyə və regional sabitliyi bərpa etməyə yönəlmiş siyasətlər yürütməyə başladı.

Mənə elə gəlir ki, Türkiyənin Suriya və Misir siyasətində dəyişikliklər etməsi həm daxili, həm də xarici təzyiqlərlə izah edilə bilər. Daxili siyasi müstəvidə Türkiyə iqtisadiyyatı müəyyən problemlərlə üzləşir və xarici siyasətdə gərginliklər bu vəziyyəti daha da çətinləşdirir. Xarici təzyiqlər isə Qərb ölkələri və regiondakı müttəfiqlərdən gəlir. Türkiyə də bu təzyiqlərə cavab olaraq, daha praqmatik və balanslaşdırılmış bir siyasətə keçid etdi.

Suriyada Rusiya və İranın təsiri artdıqca Türkiyə öz maraqlarını qorumaq üçün Suriya siyasətində daha elastik yanaşmalar tətbiq etməyə başladı. Əsəd rejimi ilə dialoqun bərpası Ankaranın Suriyada uzunmüddətli maraqlarını təmin etmək və ABŞ ilə Rusiyanın regiondakı mövqelərini balanslaşdırmaq niyyəti ilə əlaqədardır. Misir məsələsində isə Türkiyə Körfəz ölkələri ilə əlaqələrini yenidən nəzərdən keçirərək, regionda daha güclü bir rol oynamaq üçün Sisi hakimiyyəti ilə münasibətlərini bərpa etdi.

Fikrimcə, Türkiyə, iqtisadiyyatının davamlı inkişafı üçün ticarət və enerji resurslarına çıxışı genişləndirmək istəyir. Misir Qırmızı dəniz vasitəsilə Türkiyənin Afrikaya və Körfəz ölkələrinə açılan qapısı kimi strateji əhəmiyyət daşıyır. Suriyada isə Türkiyə yeni ticarət yollarının və enerji dəhlizlərinin yaradılması ilə maraqlıdır. Bu səbəbdən, Ankara bu ölkələrlə əlaqələrini bərpa etməklə iqtisadi maraqlarını daha yaxşı təmin edə bilər.

Xüsusilə, Türkiyə NATO üzvü olmasına baxmayaraq, son illərdə Qərb ölkələri ilə münasibətlərində müəyyən gərginliklər yaşayıb. Ankara bu gərginlikləri azaltmaq və qlobal arenada daha müstəqil siyasət yürütmək üçün regiondakı ölkələrlə əlaqələrini yenidən formalaşdırmaq qərarına gəldi. Zənnimcə, Misir və Suriya ilə münasibətlərin bərpası Türkiyənin bu strategiyasının bir hissəsi kimi görülür.

Doğrudur, Dəməşqlə Ankara arasında əlaqələrin bərpası ilə bağlı bir müddət fikirlər səslənsə də, Ərdoğan administrasiyası alternativ olaraq Qahirə ilə də əlaqələrini bərpa etmək üçün səylər göstərməyə başladı. Məhz Sisinin bugünkü Türkiyə səfəri də bununla əlaqəlidir.

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv