Xəzər 18 ildə 36 min kvadratkilometr kiçilib

media-hightechnic-468x90

Qazaxıstan sahillərində Xəzər dənizində səviyyə son illərin ən aşağı göstəricilərindən birinə düşüb. 

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Kazhidromet” yayıb.

Belə ki, 2025-ci ilin sentyabrına olan məlumata görə, dənizin orta səviyyəsi mənfi 29,31 metrədək enib.

Qurum bildirir ki, Xəzərin şimal-şərqində səviyyə mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metrə çatıb. Təkcə son bir ildə dəniz suyunun səviyyəsi şimal-şərq zonasında 20 santimetr, şərq zonasında isə 17 santimetr azalıb.

Son 18 ildə Xəzərin su səthinin ümumi sahəsi 36 min kv2 kiçilib. Qazaxıstan sahilboyu zonasında dəniz xəttinin geri çəkilməsi bəzi yerlərdə 30–35 kilometrə qədərdir./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa