Azərbaycan millisi Fransa yığmasına uduzdu - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.

Yenicag.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1.

Hesabı 4-cü dəqiqədə Renat Dadaşov açıb.

Qonaqlarda isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuş, 45+1-ci dəqiqədə Kefrren Türam fərqləniblər.

D qrupunun digər matçında Ukrayna İslandiyanı üstələyib – 1:0.

Qeyd edək ki, 16 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni əvvəlki turda təmin edib. Xallarının sayını 10-a çatdıran Ukrayna pley-offa yüksəlib. 7 xalı olan İslandiya seçmə mərhələni üçüncü sırada bitirib. Azərbaycan millisi 1 xalla dördüncü ola bilib.

***

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda dördüncü qol vurulub.

Yenicag.az-ın məlumatına görə, qonaqlar hesab arasındakı fərqi artırıblar – 3:1.

***

Akliuş 30-cu dəqiqədə Fransanı hesabda önə keçirir.

***

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda ikinci qol vurulub.

Yenicag.az-ın məlumatına görə, bu dəfə qonaqlar tarazlığı bərba ediblər – 1:1.

***

Renat Dadqşov 4-cü dəqiqədə millimizi hesabda önə çıxarır.

***

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunu başlayıb.

Yenicag.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.

Matçı latviyalı Andris Treymanis idarə edir.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa