Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyə çağırdı

media-hightechnic-468x90

Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarını təhlükəsizlik təhdidləri səbəbindən yaxın gələcəkdə Yaponiyaya səyahət etməməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Nazirlik qeyd edib ki, artıq Yaponiyada olan çinli turistlər yerli təhlükəsizlik vəziyyətini diqqətlə izləməlidirlər. Fövqəladə hallarda Çin vətəndaşlarına ölkənin Yaponiyadakı səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunub.

Nazirlik həmçinin Xarici İşlər Nazirliyinin noyabrın 14-də Yaponiyada Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyi xəbərdarlığına istinad edib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa