!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkmanlardan İlham Əliyevə məktub var - MƏTN

!Reklam – Yazi

Türkman Həkimlər Birliyinin Sədri Dr. Muxtar Bəydili Xocalı soyqırımının 29-cu ildönümü münasibətil prezident İlham Əliyevə məktub ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident,

26 fevral 1992-ci ildə Xocalıda ermənilərin törətdiyi soyqırımı Azərbaycan torpaqlarının işğal planının bir hissəsi idi. Bu gün o işğala artıq qəhrəman Azərbaycan ordusu tərəfindən son verilib. İndi sırada “Xocalıya Ədalət” var. Bir gün sıra bu sıyqırımı həyata keçirənlərə də gələcək. O qatillər beynəlxalq məhkəmələrdə hesab verəcəklər. Xocalıda törədilən soyqırımı unutmadıq, unutmaycağıq…

XOCALI BİR QƏTLİAM DEYİL.
XOCALI SOYQIRIMIDIR.

İnsanlıq dramı olan Xocalı Soyqırımında qadın-uşaq fərq etmədən yüzlərlə insan öldürüldü. Bu qətliamda 613 Azərbaycan vətəndaşı qətlə yetirildi.

Bizlər iki dövlət, bir millət olaraq hər zaman qardaş Azərbaycanınyanındayıq.

Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən bütün Türkmənlər adına Hələbdən İmadəddin Nəsiminin nəvəsi olaraq Xocalıda şəhid edilən soydaşlarımızı rəhmətlə anıram…

Dr. Muxtar Bəydili

Türkman Həkimlər Birliyinin Sədri”

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv