!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ucuzlaşan dollar fonunda qızıla tələb kəskin artdı

!Reklam – Yazi

Çərşənbə günü Federal Ehtiyyatlar Sistemi uçot dərəcələrini proqnozlaşdırıldığı kimi 0.75% artıraraq 2.25% – 2.50% aralığına yüksəltdi. Keçirilən mətbuat konfransında isə sədr Jerom Pavelin mövcud sərt monetar siyasəti davam etdirəcəklərini bir daha təsdiqləməsinə baxmayaraq, makroiqtisadi göstəricilərin hələ də məyusedici zolaqdan çıxa bilmədiyini açıqlaması dollar indeksinin geriləməsinə səbəb oldu. Nəticədə dollar indeksi 106 bənd həddinin altına düşdü. İndeksdəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.03$ və 1.23$-ə qədər bahalaşa bilər.

Qeyd edək ki, bu gün Amerikada ikinci rüb üzrə ÜDM göstəricisi və işsizlik müavinatına dair ərizələrin sayı açıqlanacaq. ABŞ Maliyyə Naziri Cennet Yellenin mətbuat konfransı da investorlar tərəfindən maraqla gözlənilir.

Ucuzlaşan dollar fonunda qızıla tələb kəskin artıb. Hazırda 1736$ hədlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin yenidən 1741$-ın üzərinə yüksəlsə, 1756$-a kimi bahalaşa bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb./Marja/

www.yenicag.az

177
Ads
www.veteninfo.com
!Reklam – Arxiv